İQTİSADİYYAT


Bakı-Məşhəd aviareysi açılıb

Tehran, 16 dekabr, AZƏRTAC

“Buta Airways” aşağıbüdcəli aviaşirkəti dekabrın 16-da Bakıdan İranın Məşhəd şəhəri arasında birbaşa aviareyslərə başlayıb.

AZƏRTAC xəbər verir ki, Bakı-Məşhəd aviareysinin sərnişinləri arasında İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə də olub.

Bununla bağlı keçirilən mərasimdə çıxış edən səfir C.Cahangirzadə İran-Azərbaycan əlaqələrinin inkişaf etdiyini, yeni aviareysin ikitərəfli turizm əlaqələrinə töhfə verəcəyini bildirib.

Qeyd edək ki, Bakı-Məşhəd-Bakı aviareysi həftədə 2 dəfə həyata keçiriləcək.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.