İQTİSADİYYAT
Bakı Metropoliteni 2016-cı ilə qədər 5 yeni stansiyanı istismara verməyi planlaşdırmışdır
Bakı, 21 noyabr (AZƏRTAC). Bakı Metropoliteni 2016-cı ilə qədər 5 yeni stansiyanı istismara verməyi planlaşdırmışdır.
Metropolitenin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, şərti adları “Həzi Aslanov-2”, “Köhnə Günəşli” və “Yeni Günəşli” olan stansiyalar 2016-cı ilə qədər fəaliyyətə başlayacaqdır. Həmçinin “Avtovağzal” və şərti adı “Memar Əcəmi-2” olan stansiyalar 2014-cü ilin birinci yarısına qədər istismara veriləcəkdir.
Bakı Metropoliteni ümumi uzunluğu 34,6 kilometr olan 2 xətt və 23 stansiyadan ibarətdir, 2030-cu ilədək xətlərin və stansiyaların sayı 5 dəfə artacaq və xətlərin ümumi uzunluğu 119 kilometr olmaqla 76 stansiyadan ibarət yeraltı nəqliyyat sisteminə çevriləcəkdir.