İQTİSADİYYAT


“Bakı Metropoliteni” “Gənclik” stansiyasında baş verən hadisə ilə bağlı açıqlama yayıb

“Bakı Metropoliteni” “Gənclik” stansiyasında baş verən hadisə ilə bağlı açıqlama yayıb

Bakı, 31 mart, AZƏRTAC

“Gənclik” metrostansiyasının vestibülündə bir sərnişinin əlindən içində xlor maddəsi olan şüşə balon düşüb və maye buxarlanması olub. Dərhal müvafiq tədbirlər görülüb, o cümlədən balonun düşdüyü yer təmizlənib. Sərnişinlərin təhlükəsizliyinə xələl gətirə biləcək hadisə baş verməyib.

AZƏRTAC xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

Qeyd edib ki, stansiyada daşınan kimyəvi təmizləyici maddənin toz halında olan digər təmizləyici (xlor) maddə ilə reaksiyaya girməsi nəticəsində ani alışma baş verib. B.Məmmədov əlavə edib ki, hadisəyə operativ şəkildə müdaxilə edilib, bütün müvafiq təhlükəsizlik tədbirləri görülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.