MƏDƏNİYYƏT
“Bakı Metropoliteni” QSC-nin “Azərbaycan rəssamları” adlı növbəti sərgisi açılıb
Bakı, 1 dekabr, Elvin Camalov, AZƏRTAC
Dekabrın 1-də “Bakı Metropoliteni” QSC-nin “Metro Gallery” layihəsi çərçivəsində “Azərbaycan rəssamları” adlı növbəti sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib ki, sərgidə 37 həvəskar rəssamın 90 əsəri nümayiş etdirilir. Sərginin müddəti 6 ay davam edəcək. Əsərlər “Nəriman Nərimanov” metro stansiyasının hər iki vestibülündə nümayiş edilir.
N.Paşayev qeyd edib ki, bununla bağlı Metropoliten yaz aylarında elan verib və xeyli sayda rəsm əsərləri daxil olub. Bu rəsm əsərlərindən münsiflər heyəti tərəfindən 90 əsər seçilərək sərgidə nümayiş etdirilir. Bu tip layihələr “Metro Gallery” çərçivəsində “Gənclik” və “Nəriman Nərimanov” metro stansiyalarında davamlı olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [18:20]
Abdulla Şaiqin mənzil-muzeyində tədbir: “Narkotik asılılığına son!”
- 25.04.2024 [17:54]
Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib
- 25.04.2024 [17:45]
Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək
- 25.04.2024 [17:00]
Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirilib
- 25.04.2024 [16:38]
İstiqlal Muzeyində “Narkomaniyaya yox deyək!” adlı tədbir keçirilib
- 25.04.2024 [16:06]
“Dəniz kənarında” filminin çəkiliş tarixi məlum olub
- 25.04.2024 [16:03]