CƏMİYYƏT


Bakı Metropoliteni fəaliyyətini bərpa edib

Bakı, 14 sentyabr, AZƏRTAC

Sanitar-epidemioloji vəziyyətə uyğun olaraq bu gün saat 06:00-dan Bakı Metropoliteninin sərnişindaşıma fəaliyyəti bərpa edilib.

AZƏRTAC xəbər verir ki, 2020-ci il sentyabrın 30-dək şənbə və bazar günləri ictimai nəqliyyat fəaliyyət göstərmədiyinə görə sentyabrın 19-u saat 00:00-dan sentyabrın 21-i saat 06:00-dək və sentyabrın 26-sı saat 00:00-dan sentyabrın 28-i saat 06:00-dək metropolitenin sərnişindaşıma fəaliyyəti də dayandırılır.

“İctimai nəqliyyatda koronavirus (COVID-19) infeksiyasının profilaktikasına dair metodiki göstərişlər”ə uyğun olaraq koronavirus infeksiyasının yayılmasına yol verilməməsi, sərnişinlərin sağlamlığının qorunması məqsədilə metropoliten ərazisində müvafiq tədbirlər görülüb.

Mövcud sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq və virusa yeni yoluxma hallarına yol verməmək üçün vətəndaşlardan mövcud karantin rejiminin tələblərinə və tibbi-profilaktik qaydalara əməl etmək xahiş olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.