CƏMİYYƏT


Bakı Metropolitenində qanvermə aksiyası keçirilib

Bakı, 14 fevral, AZƏRTAC

Bakı Metropolitenində könüllü qanvermə aksiyası təşkil olunub.

“Bakı Metropoliteni” QSC-dən AZƏRTAC-a bildirilib ki, sosial layihə talassemiyadan əziyyət çəkən uşaqlara kömək məqsədilə Metropoliten İşçiləri Həmkarlar İttifaqının (MİHİ) təşəbbüsü və təşkilatçılığı, metropoliten rəhbərliyinin dəstəyi ilə keçirilib. "Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı" Dövlət Proqramına uyğun olaraq keçirilən aksiyada hər bir şəxs yüksək həvəslə və könüllü olaraq iştirak edib. Hər bir donor Mərkəzi Qan Bankı tibb briqadasının həkim-hemotoloqları tərəfindən tibbi müayinədən keçdikdən sonra, onlardan qan analizi götürülüb və aksiyaya qoşulması ilə bağlı rəy verilib.

Yığılan qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkənlərin müalicəsində istifadə olunacaq. Aksiyada ümumilikdə 323 nəfər qan donoru olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.