İQTİSADİYYAT
Bakı Metropoliteninin yeni qatarı sınaq üçün xəttə buraxılmışdır
Bakı, 21 yanvar (AZƏRTAC). Bakı Metropoliteninin ötən ilin dekabrında Rusiyadan gətirdiyi yeni qatarı sınaq üçün xəttə buraxılmışdır.
Metropolitenin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, 5 vaqondan ibarət olan yeni qatar bütün lazımi standartlara cavab verir və əvvəlki vaqonlardan tamamilə fərqlənir. Əsas yenilik isə vaqonlarda kondisionerlərin quraşdırılmasıdır. Vaqonlarda sərnişinlərin rahatlığı üçün istiqamətverici elektron lövhələr də yerləşdirilmişdir. Yeni vaqonlarda salon daxilində səs təxminən 70 faizə qədər azaldılmışdır. Vaqonların həm daxilində, həm də xaricində videomüşahidə sistemi quraşdırılmış və maşinist bölməsi tam avtomatlaşdırılmışdır. Yeni vaqonların qapıları çölə açılır, çürüməyən və yanmayan materialdan hazırlanmışdır. Vaqonlarda əlillər üçün də xüsusi yerlər ayrılmışdır.
Qeyd edək ki, vaqonların sınaqdan keçirilməsi və Bakı Metropoliteninin xətlərinə uyğunlaşdırılması 6 ay ərzində həyata keçiriləcəkdir. Yeni vaqonlar Dərnəgül xəttinə buraxılmışdır.
Müəlliflə əlaqə
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]