İQTİSADİYYAT
Bakı Metrosunun bəzi stansiyalarında turniketlərin sayı artırılır
Bakı, 7 aprel, Elvin Camalov, AZƏRTAC
Bakı Metrosunun bəzi stansiyalarında turniketlərin sayı artırılır.
AZƏRTAC xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.
O bildirib ki, “Bakı-2017” ərəfəsində “Koroğlu”, “Gənclik”, “Sahil” metro stansiyalarında sərnişin axını və kütləviliyi nəzərə alınaraq turniketlərin sayı artırılır. Adıçəkilən metro stansiyaların hər birinə 5 ədəd əlavə turniket quraşdırılıb. Yalnız “Xətai” metro stansiyasında quraşdırılan turniketlərin sayı 2 ədəddir.
N.Paşayevin sözlərinə görə, eyni zamanda xarici turistlərə bələdçilik, onların suallarını cavablandırmaq üçün xarici dil bilən əməkdaşlar mərkəzi stansiyalarda turistlərə xidmət göstərəcək.