REGİONLAR


Bakı Mühəndislik Universiteti “British Council” ilə birgə layihələr həyata keçirəcək

Xırdalan, 5 dekabr, Ətrabə Rzayeva, AZƏRTAC

“British Council”in Azərbaycan nümayəndəliyinin əməkdaşları Bakı Mühəndislik Universitetində (BMU) olublar.

BMU-dan AZƏRTAC-a bildiriblər ki, universitetin rektoru, professor Havar Məmmədov qonaqlara ali təhsil ocağında müasir mühəndislik ixtisasları ilə yanaşı, iqtisadiyyat və texniki fənlər üzrə müəllimlik ixtisaslarında da kadr hazırlığı həyata keçirildiyini, ixtisasların əksəriyyətində tədrisin ingilis dilində aparıldığını bildirib.

“Universitetin müasir maddi-texniki bazası və texnoparkı mövcuddur. BMU gənc universitet olsa da, beynəlxalq əlaqələri, beynəlxalq layihə və müsabiqələrdə iştirakı yüksək səviyyədədir”, - deyən rektor “British Council” ilə də uğurlu layihələr həyata keçirdiklərini və yeni layihələrdə iştirak etməyə hazır olduqlarını vurğulayıb.

“British Council”in Azərbaycan nümayəndəliyinin rəhbəri Summer Xia qurumun fəaliyyəti və həyata keçirəcəyi layihələr barədə geniş məlumat verib.

Görüşdə Böyük Britaniya universitetləri ilə əməkdaşlıq, ikili diplom, birgə startap və digər istiqamətlərdə layihələr təşkil etmək, universitetin ingilis dili və ingilisdilli ixtisaslarda tədris aparan müəllimlərin dil səviyyələrinin ölçülməsi məqsədilə diaqnostik imtahanların keçirilməsi və gələcəkdə tələbələr üçün intensiv ingilis dili kurslarının təşkili kimi məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.