REGİONLAR


Bakı Mühəndislik Universiteti ilə Koreya İnstitutu birgə əməkdaşlığı genişləndirəcəklər

Xırdalan, 5 noyabr, Ətrabə Rzayeva, AZƏRTAC

Koreya Respublikasının Seul, Seongnam, Sejong və Jeonju şəhərlərində keçirilən "Yüksək səviyyəli elm-texnologiya-innovasiya siyasəti və strateji inkişafı" adlı təlim proqramında Azərbaycandan Bakı Mühəndislik Universiteti (BMU) Texnoparkının direktor müavini, dosent İsa Qasımov da iştirak edib. Təlim proqramı Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOİCA) sponsorluğu və Koreya Elm və Texnologiya Siyasəti İnstitutunun (STEPİ) təşkilatçılığı ilə həyata keçirilib. İnkişaf etməkdə olan ölkələrdə elm-texnologiya-innovasiya ekosisteminin formalaşdırılması və inkişafına kömək xarakteri daşıyan təlimlərə 8 ölkədən 11 nəfər qatılıb.

BMU-dan AZƏRTAC–a bildirilib ki, beynəlxalq təlim proqramı nəzəri və praktiki hissələrdən ibarət olub. Belə ki, təlim proqramı əsas mövzunu ehtiva edən 16 fərqli seminar və 10-dan çox təcrübə turlarından ibarət idi.

"Yüksək səviyyəli elm-texnologiya-innovasiya siyasəti və strateji inkişafı" təlim proqramı elmin kommersiyalaşdırılması və inkişafının planlaşdırılmasına, həmçinin bu istiqamətdə potensialın artırılması istiqamətində Koreya təcrübəsinin və qazanılan uğurlu nəticələrin öyrənilməsinə, eləcə də əyani şəkildə müşahidə edilməsinə həsr olunub. Təlim proqramının tələblərinə uyğun olaraq, hər bir nümayəndə təmsil etdiyi ölkə haqqında, eləcə də ölkənin elmi-texnoloji, innovasiyalara əsaslanan inkişaf yolu və imkanları barədə təqdimat da edib. Bu təqdimatlar zamanı müxtəlif ölkələrin innovasiya ekosisteminin problemləri geniş müzakirə mövzusu olub.

BMU-nun əməkdaşı İsa Qasımovun təqdimatı da maraqla qarşılanıb. Belə ki, Azərbaycanda innovasiya ekosisteminin qurulmasına qayğı ilə yanaşan BMU-nun nümunəsi ekspertlərin marağına səbəb olub. İstər sahibkar-universitet modelinin, istərsə də ölkədə innovasiya ekosisteminin qurulması istiqamətində BMU-da görülən işlər koreyalı ekspertlərlə yanaşı, iştirakçı ölkələrin də marağına səbəb olub.

Təlimlərin sonunda STEPİ ilə BMU arasında daha əhatəli layihənin reallaşması müzakirə olunub və növbəti addımların atılması üçün müzakirələrin aparılması barədə razılıq əldə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.