REGİONLAR


Bakı Mühəndislik Universiteti ilə Odessa Milli Universiteti arasında müqavilə imzalanıb

Xırdalan, 16 may, Ətrabə Rzayeva, AZƏRTAC

Bakı Mühəndislik Universiteti (BMU) ilə İ.İ.Meçnikov adına Odessa Milli Universiteti arasında elm və təhsil sahələri üzrə əməkdaşlıq müqaviləsi imzalanıb.

AZƏRTAC xəbər verir ki, sənədi BMU-nun rektoru, professor Havar Məmmədov və Odessa Milli Universitetinin rektoru İqor Koval imzalayıblar.

Əməkdaşlıq müqaviləsində tərəflərin universitetlərin elmi potensialını artırmaq məqsədilə əldə etdikləri elmi nailiyyətləri bölüşmələri, birlikdə elmi tədqiqatlar aparmaları, həmçinin konfrans təşkil etmələri və müəllim-tələbə mübadiləsi aparmaları nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.