REGİONLAR


Bakı Mühəndislik Universitetində İngiltərə universitetləri ilə ikili diplom verilməsi müzakirə edilib

Xırdalan, 9 fevral, Ətrabə Rzayeva, AZƏRTAC 

Britaniya Şurasının Azərbaycan üzrə ölkə direktoru, mədəniyyət üzrə attaşe Samr Şah və şuranın əməkdaşı Nərgiz Hüseynova Bakı Mühəndislik Universitetində (BMU) olublar.

AZƏRTAC xəbər verir ki, prorektor M.Namazov BMU-nun beynəlxalq əlaqələrindən bəhs edərək xarici universitetlər, o cümlədən İngiltərənin ali təhsil müəssisələri ilə əməkdaşlıqda, əsasən də mühəndislik profilli universitetlərin ikili diplomlarının verilməsində maraqlı olduqlarını bildirib.

Samr Şah İngiltərə universitetləri ilə birlikdə ikili diplom proqramları hazırlanması mexanizmləri və hazırlanacaq proqramların təsdiqlənməsi prosesindən danışıb, bu əməkdaşlığın hər iki ölkənin təhsil sahəsində uğurlu olacağını qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.