REGİONLAR
Bakı Mühəndislik Universitetində “Karyera sərgisi”
Xırdalan, 15 noyabr, Ətrabə Rzayeva, AZƏRTAC
Bakı Mühəndislik Universitetinin (BMU) tələbələri elmi müsabiqələrdə uğur qazanmaqla yanaşı, ictimai işlərdə də fəallıq göstərirlər. Universitetdə tələbələrdən ibarət dərnəklər və klublar tərəfindən tədbirlər keçirilir. BMU-da fəaliyyət göstərən “Sənaye mühəndisliyi” klubu da hər il fərqli və tələbələrin karyeralarına faydalı olan tədbirlər təşkil edir.
AZƏRTAC xəbər verir ki, bu tədbirlərdən biri də noyabrın 15-də universitetdə Müəssisələrlə Əlaqələr və Karyera Departamentinin dəstəyi ilə təşkil olunan “Karyera sərgisi”dir. Sərgidə onlarla yerli və beynəlxalq şirkət iştirak edib. İştirakçı şirkətlər mövcud vakansiyalar barədə tələbələrə ətraflı məlumat verib və vakansiyaya uyğun gələn tələbələrin CV-lərini qəbul ediblər.