REGİONLAR


Bakı Mühəndislik Universitetində imtahan sessiyasının gedişinə nəzarət etmək üçün qərargah yaradılıb

Xırdalan, 6 yanvar, AZƏRTAC

Bakı Mühəndislik Universitetində 2018-2019-cu tədris ilinin payız semestrinin imtahan sessiyası başlayıb.

Universitetdən AZƏRTAC-a bildiriblər ki, sessiya fevralın 2-dək davam edəcək. İmtahan prosesində tələbələrə biliklərini nümayiş etdirmək üçün lazımi şərait yaradılıb. Bütün imtahanların nəticələri günün sonunda universitetin tələbə məlumat sisteminə yerləşdirilir.

Qeyd edək ki, universitetdə imtahan sessiyasının mövcud qaydalara uyğun təşkil edilməsi, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın təmin olunması, sessiyanın gedişinə nəzarət, tələbə və valideynlərin müraciətlərinin qəbulu və araşdırılması məqsədilə qərargah və “Qaynar xətt” yaradılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.