REGİONLAR


Bakı Mühəndislik Universitetində sağlamlıq aksiyası

Xırdalan, 3 dekabr, Ətrabə Rzayeva, AZƏRTAC

Bakı Mühəndislik Universitetində (BMU) növbəti sağlamlıq aksiyası keçirilib.

AZƏRTAC xəbər verir ki, aksiya BMU-nun Qadınlar şurası və “Nərgiz” klinikası ilə birgə təşkil olunub. Ali məktəbin Qadınlar şurasının sədri Ətrabə Gül aksiya haqqında məlumat verərək bildirib ki, klinikanın həkimləri tərəfindən universitet əməkdaşlarının daxili orqanlarının ümumi müayinəsi və qan analizləri aparılıb.

Universitetin prorektoru Bayram Hüseynzadə çıxış edərək aksiyanın təşkilinin faydalarından danışıb və təşkilatçılara təşəkkürünü bildirib.

Respublika Qadınlar Şurasının sədri Bahar Qasımova qeyd edib ki, şura tərəfindən respublikamızın bütün regionlarında aztəminatlı ailələr üçün bu cür aksiyalar tez-tez təşkil olunur.

“Nərgiz” klinikasının baş həkimi, tibb elmləri namizədi Məlahət Qəhrəmanova klinika haqqında ətraflı məlumat verib, universitetin bir neçə əməkdaşına tibb ocağının güzəşt kartlarını təqdim edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.