REGİONLAR


Bakı Mühəndislik Universitetində tədbir: “Vətən övladının alın yazısı”

Xırdalan, 9 aprel, Ətrabə Rzayeva, AZƏRTAC

Bakı Mühəndislik Universitetində (BMU) "Vətənpərvərlik" klubunun təşkilatçılığı ilə gerçəkləşən “Vətən övladının alın yazısı” adlı tədbirdə ali məktəbin rəhbərliyi, professor-müəllim heyəti və tələbələrlə yanaşı, Aprel şəhidlərinin valideynləri, ailə üzvləri və qazilər iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının dövlət himninin oxunması ilə başlayan tədbirdə Aprel döyüşlərindən bəhs edən videoçarx nümayiş olunub.

Daha sonra universitetin rektoru, professor Havar Məmmədov Prezident İlham Əliyevin Ordumuza, şəhid ailələrinə və qazilərə olan diqqət və qayğısından danışıb. Rektor, tələbələrin vətənpərvərlik ruhunda tərbiyə olunmasında ali məktəblərdə belə tədbirlərin təşkilinin vacibliyini qeyd edib.

Aprel şəhidlərinin valideynləri və ailə üzvləri çıxış edərək, tədbirin təşkilinə və onlara göstərilən diqqətə görə minnətdarlıqlarını bildiriblər.

Aprel döyüşlərinin qaziləri döyüşlərin canlı şahidi kimi Azərbaycan Ordusunun qüdrətindən, əsgərlərimizin ruh yüksəkliyindən danışıb, azad edilən strateji ərazilərin önəmindən söz açıblar.

Tədbirdə çıxışlarla yanaşı, hərbi vətənpərvərlik mahnılarının ifaçısı, "Vətənpərvərliyin Təbliğinə Dəstək" İctimai Birliyinin sədri Şəmistan Əlizamanlının, universitetin əməkdaşı Vüqar Məmmədovun və tələbələrin ifasında mahnılar və şeirlər səsləndirilib.

Qeyd edək ki, tədbir çərçivəsində BMU-nun "Vətənpərvərlik" klubunun üzvləri Sumqayıtdakı “Şəhidlər xiyabanı”nı, həmçinin şəhid Şulan Bayramovun ailəsini də ziyarət ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.