REGİONLAR


Bakı Mühəndislik Universitetinin tələbələri “Tələbə baharı” festivalında ikinci yerə layiq görülüblər

Xırdalan, 10 aprel, Ətrabə Rzayeva, AZƏRTAC

Bakı Mühəndislik Universitetinin (BMU) tələbələri Gənclər və İdman Nazirliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı tərəfindən keçirilən “Tələbə baharı” Ümumrespublika tələbə yaradıcılıq festivalının seçim mərhələsində iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında keçirilən festivalda BMU-nun tələbələri milli rəqs (solo), müasir rəqs (kollektiv) və klassik musiqi nominasiyaları üzrə ikinci yerə layiq görülüblər. Müsabiqənin qalibləri festivalın qala konsertində təşkilatçılar tərəfindən mükafatlandırılacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.