REGİONLAR


Bakı Mühəndislik Universitetinin tələbələri sərbəst güləş üzrə yarışın qalibi olublar

Xırdalan, 10 may, Ətrabə Rzayeva, AZƏRTAC

Gənclər və İdman Nazirliyi və Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş təqvim planına əsasən, “Gənclik” Tələbə İdman Cəmiyyətinin təşkilatçılığı ilə ali təhsil müəssisələrinin tələbələri arasında XIV Respublika Universiadası keçirilir. Yarışlar idmanın 10 növü üzrə keçirilir və ümumilikdə mindən çox tələbəni əhatə edir.

AZƏRTAC xəbər verir ki, Bakı Mühəndislik Universitetinin (BMU) tələbələri də sözügedən yarışda fəal iştirak ediblər. Milli Aviasiya Akademiyasında sərbəst güləş üzrə yarışda BMU-nun tələbələri Məmmədəli Quliyev (61 kq) I yerə, Vüqar Quliyev isə (61 kq) III yerə layiq görülüb.

Yarışın qalibləri bu il iyulun 3-dən 14-nə kimi İtaliyanın Neapol şəhərində keçiriləcək XXX Ümumdünya Yay Universiadasında iştirak edəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.