ELM VƏ TƏHSİL


Bakı Mühəndislik Universitetinin tələbələri yüz  müəssisədə istehsalat təcrübəsi qazanıblar

Bakı, 19 oktyabr, AZƏRTAC

Bakı Mühəndislik Universitetinin tələbələri ötən tədris ilində yüz dövlət və özəl müəssisəsində istehsalat təcrübəsi keçiblər.

Bu barədə AZƏRTAC-a BMU-dan məlumat verilib. Bildirilib ki, istehsalat təcrübəsi universitet ilə istehsalat müəssisələri arasında bağlanmış müqavilələr əsasında reallaşdırılır.

Qeyd edək ki, istehsalat təcrübəsinin əsas məqsədi tələbələrin auditoriyalarda əldə etdikləri nəzəri biliklərin təcrübə ilə vəhdətdə daha dərindən mənimsəmələri, gələcək mütəxəssislərin istehsalat təcrübəsi keçdikləri müəssisələrin işinin dərindən öyrənmələri və peşəkar mütəxəssis kimi yetişmələridir.

Təcrübə zamanı tələbələr ixtisaslarına uyğun olaraq ayrı-ayrı müəssisələrdə (Acssess Bank ASC, Kapital Bank ASC, Royal Otel MMC, SOCAR, “Mətanət A” Şirkətlər Qrupu, ATL Group MMC, Ernst and Young LTD MMC, “Azersun Holdinq” MMC və s.) çalışmaqla praktik biliklər qazanıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.