MƏDƏNİYYƏT


Bakı Musiqi Akademiyasında “Həyat sonatası” filmi təqdim olunub

Bakı, 19 dekabr, AZƏRTAC

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) Azərbaycanın ilk qadın violonçel ifaçısı, BMA-nın İfaçılıq fakültəsinin dekanı, professor, Əməkdar incəsənət xadimi Nəzmiyyə Abbaszadənin həyat yaradıcılığından və pedaqoji fəaliyyətindən bəhs edən “Həyat sonatası” adlı sənədli filmin təqdimatı olub.

BMA-dan AZƏRTAC-a bildirilib ki, filmin ssenari müəllifi və rejissoru Yeganə Əbdülməmmədova, bədii rəhbəri Tahir Tahiroviç, direktoru Nicat Məmmədov, prodüseri İqbal Məmmədəliyev, operatorları isə Əminə Həsənli və Anar Seyidovdur.

Akademiyanın rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəyli çıxış edərək N.Abbaszadənin həyat və yaradıcılığından danışıb, ona yaradıcılıq uğurları arzulayıb.

Sonda N.Abbaszadə qonaqlarla xoş təəssüratlarını bölüşərək professor Fərhad Bədəlbəyliyə və bütün həmkarlarına, həmçinin “Həyat sonatası” filminin yaradıcı heyətinə təşəkkürünü bildirib.

Qeyd edək ki, musiqişünas Nəzmiyyə Abbaszadə Azərbaycanda ilk qadın simli kvartetinin yaradıcısı olaraq, uzun müddət bir sıra xarici ölkələrdə konsert proqramları ilə çıxış edib. O, həmçinin dəfələrlə keçirilən respublika və beynəlxalq müsabiqələrin münsiflər heyətinin üzvü olub.

N.Abbaszadənin zəngin pedaqoji fəaliyyəti də xüsusilə qeyd olunmalıdır. Belə ki, onun tələbələri Prezident təqaüdçüsü, respublika və beynəlxalq müsabiqələr laureatıdırlar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.