Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Bakı Musiqi Akademiyasında LOLA audiovizual yayım sisteminin təqdimatı keçirilib

Bakı, 20 dekabr, AZƏRTAC

Dekabrın 20-də Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) LOLA (LoLa Low Latency Audiovisual Streaming System) audiovizual yayım sisteminin təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, təqdimat mərasimi Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutu, Bakı Musiqi Akademiyası və Avropa Elm və Təhsil Şəbəkələri Assosiasiyasının (GENAT) birgə təşkilatçılığı ilə reallaşıb.

Tədbirdə BMA-nın rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəyli çıxış edərək yeni sistem haqqında məlumat verib. Bildirib ki, bu sistem real zamanda musiqi nümayişlərini təmin etmək məqsədi daşıyır və fiziki olaraq bir-birilərindən uzaq məsafədə olan ifaçı və musiqiçiləri qabaqcıl şəbəkə xidmətləri vasitəsilə onlayn bağlantı ilə bir araya gətirir. Vurğulayıb ki, bu texnologiya müxtəlif coğrafi ərazilərdə yerləşən tədbirlərdə (konsertlər, ustad dərsləri, tədris və s.) iştirakı zəruri olan ifaçı və musiqiçilərin böyük zaman itkisinə səbəb olan səyahətlərinin onların həmin tədbirlərə onlayn bağlantı vasitəsilə qoşularaq əvəzlənməsinə xidmət edir.

Qeyd edilib ki, bu sistem Avropa İttifaqının tərəfdaş ölkələrini birləşdirən “EaPConnect” (Eastern Partnership Connect) layihəsi çərçivəsində reallaşıb.

Belə bir sistemin ölkəmizdə ilk ali təhsil ocağı Bakı Musiqi Akademiyasında tətbiq edildiyini deyən Azərbaycan Respublikası Təhsil nazirinin müavini Firudin Qurbanov texnologiyanın əhəmiyyətini vurğulayıb: “Bu sistemin özəlliyi ondadır ki, burada həm musiqi var, həm də müasir texnologiya. Hər ikisi müasir dünyanın önəmli sahələridir. Bu iki sahənin sintezi nəticəsində tamaşaçılara məsafədən asılı olmayaraq müxtəlif toplantılar, konsertlər və ustad dərsləri çatdırılacaq. Bu sistem vasitəsilə ustad dərslərin öyrənilməsi də əhəmiyyət kəsb edir. Biz bu gün distant təhsildə kifayət qədər təcrübə əldə etmişik. Bu təcrübələri tələbə və müəllimlərlə bölüşürük. Təhsil Nazirliyi ilk gündən bu layihəni dəstəkləyib. Birinci layihə Estoniya ilə reallaşıb. İnanıram ki, bu istiqamətdə başqa ölkələrlə də səmərəli əməkdaşlıq olacaq”.

Nazi müavini əlavə edib ki, layihə Azərbaycanın elm və təhsil müəssisələri tərəfindən uğurlu istifadəsinin təmin edilməsi, ölkənin ali təhsil müəssisələrinin Avropanın elm və təhsil qurumları ilə əməkdaşlıq əlaqələrinin gücləndirilməsi, habelə ölkəmizdə elm və təhsilin inteqrasiyasının təmin olunması istiqamətində uğurlu addımdır.

AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev sözügedən layihənin ölkəmizdə tətbiqi istiqamətində işlərə 2015-ci ildən başlanıldığını bildirib. Akademik söyləyib ki, Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan “Şərq tərəfdaşlığı” təşəbbüsünə qoşulandan sonra Azərbaycan elm və təhsil sisteminin Avropa elm və təhsil sisteminə qoşulması üçün bir çox addımlar atılıb: “Son beş il ərzində Təhsil, Rabitə, Nəqliyyat və Yüksək Texnologiya nazirlikləri, eləcə də AMEA dövlət başçısının qeyd edilən istiqamətdə apardığı siyasətinə dəstək olaraq çox uğurlu işlər həyata keçiriblər. Beş il bundan əvvəl Azərbaycanda LOLA haqqında danışmaq qeyri-mümkün idi. Bizə yüksək keyfiyyətlərə malik texnoloji infrastruktur və texnoloji mühit lazım idi. Bu işin reallaşması üçün texnoloji imkanlarımızı artırdıq, yüksək xidmətlərdən istifadə etdik. Hazırda ölkəmizin 18 universiteti nail olduğumuz yüksək texnoloji xidmətlərdən istifadə edir. Bu gün ölkə universitetləri və institutlar Avropa təhsil təhsil ocaqları ilə eyni imkanlara malikdir. Deyə bilərik ki, artıq Avropa Bakıdadır”.

Layihənin önəmini qeyd edən R.Əliquliyev deyib ki, bu sistem Azərbaycanın intellektual musiqi və mədəniyyətini virtual məkan vasitəsilə təbliğ etməyə geniş imkan yaradacaq.

Sonra LOLA sisteminin təqdimatı olub. Tədbir konsert proqramı ilə davam edib.

Tədbirin önəmli məqamlarından biri də ilk dəfə olaraq kannel (Estoniya milli musiqi aləti) və tar (Azərbaycan milli musiqi aləti) üçün yazılmış “Mistik” əsərinin dünya premyerasının baş tutması idi. Musiqisi BMA-nın doktorantı, bəstəkar İlahə (İsrafilova) Qismətə aid əsər Estoniyalı kannel ifaçısı Kristi Mühling və beynəlxalq müsabiqələr laureatı, tar ifaçısı İbrahim Babayevin ifasında səslənərək təqdim olunub. Fərqli tembrlərə malik iki ölkə alətinin “Mistik” əsərlə bir araya gətirilməsi təklifi Estoniya Musiqi və Teatr Akademiyasının bəstəkarlıq bölməsinin müdiri Paolo Girol tərəfindən irəli sürülüb. Azərbaycanlı bəstəkar tərəfindən peşəkarlıqla ərsəyə gətirilən əsər tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Penitensiar xidmətin rəisi Türkiyədə beynəlxalq tədbirdə iştirak edib

KOBİA sədri: Naxçıvanda sahibkarlar kənd təsərrüfatına investisiya yatırmaqda maraqlıdırlar

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNİB

Masallıda qida sahəsində işləmək istəyən vətəndaşların müraciətlərinə baxılıb

Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

® “Caspian Energy Club” və AISA-nın təşkilatçılığı ilə “CEO MeetUp HSE day” keçirilib

"Gəncə və gəncəlilər" layihəsi növbəti dəfə Xalq artisti Fikrət Verdiyevə həsr olunub

BMU-da tələbələr üçün “Karyera günü”

Türkiyənin “ASELSAN” şirkəti ixrac həcmini 1 milyard dollara çatdırmağı planlaşdırır

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri başa çatıb

Azərbaycanı Prezident Kubokunda təmsil edəcək taekvondoçular açıqlanıb

Həftəsonu “Kənddən Şəhərə” yarmarkaları təşkil ediləcək

Milli Məclisin sədri Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin iclasının iştirakçıları ilə görüşüb

Türkiyə universiteti ilə ATU arasında birgə elmi-tədqiqat işlərinin aparılması planlaşdırılır

Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır

Məktəblilərlə ekoloji maarifləndirməyə dair söhbət aparılıb

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirində mübarizə aparacaqlar

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

“Sabah”ın kapitanı: Hələ mövsümü özümüz üçün uğurlu adlandıra bilmərik

Beynəlxalq təşkilatlar, böyük dövlətlər rəsmi Bakının sülhpərvər siyasətinə ciddi dəstək göstərməlidirlər - RƏY

Dəyişən iqlim şəraitində əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri təşkil olunub

Rusiya XIN: Moskva Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyasına gələcəkdə də kömək etməyə hazırdır

“Dəniz kənarında” filminin çəkiliş tarixi məlum olub

Xalq şairi Rəsul Rzanın ev-muzeyində tədbir: “100 illik şanlı tarix”

Yuğ Teatrı “21:15 qatarı” adlı yeni tamaşanın premyerasına hazırlaşır

® “Birbank Biznes”lə vaxt sənə işləsin

Elmira Süleymanova II Fəxri xiyabanda dəfn olunub

UNESCO-nun Afrikaya həsr edilmiş Zirvə toplantısında Azərbaycan da təmsil olunacaq

BDU Çinin Hefei Texnologiya Universiteti ilə əməkdaşlığı genişləndirir

Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar

İngiltərə və Uelsdə oğurluq halları rekord həddə çatıb

Romada “Agdam delenda est. Images from Karabakh” adlı foto kitabın təqdimatı olub VİDEO

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar YENİLƏNİB

Üç ayda 38,9 min nəfərdən çox şəxsə sosial müavinət və təqaüd təyin olunub

Tanzaniyada daşqınlar 155 nəfərin həyatına son qoyub

Yığmanın məşqçisi: Azərbaycanda akrobatika gimnastikasına olan maraq bizi sevindirir

Milli Oftalmologiya Mərkəzi və Dəmiryol Səyyar Klinikası Balakəndə tibbi aksiya keçirəcək

Qazaxıstan TDT ölkələrinin kosmik sahədə əməkdaşlığını dəstəkləyir

UNICEF: Filippin eyni vaxtda bir neçə epidemiya ilə mübarizə aparır

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun Şəhidlər xiyabanında xatirəsi anılıb

Azərbaycan və Qırğızıstan prezidentlərinin Füzuli-Ağdam səfərləri siyasi mesaj ehtiva edən həmrəylik göstəricisidir ŞƏRH

Azərbaycanın mozaika irsi: rəmzlər və süjetlər

AzMİU-nun qadın əməkdaşlarının yaradıcılıq sərgisi açılıb

Qazaxıstan transəfqan dəmir yolunun tikintisində iştirak etməyə hazırdır

Xocalıda insan qalıqları aşkarlanıb VİDEO

Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nigeriyada yüzdən çox məhbus həbsxanadan qaçıb

AzTU-da gənc alimlər üçün seminar keçirilib

“Tesla” insanabənzər “Optimus” robotlarının satışına başlayacaq

ABŞ Dövlət katibi Antoni Blinken Pekinə gəlib

“Milli Azərbaycan Tarixi Muzeyinin arxeoloji silah kolleksiyası” – seminar

“Azərkosmos”un rəhbəri beynəlxalq konfrans iştirakçılarını ölkənin kosmik sahədə prioritetləri haqqında məlumatlandırıb

Fuat Oktay: Bakıda keçirilən toplantının əməkdaşlığımıza töhfə verəcəyinə inanırıq VİDEO

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə I sinfə qəbulla bağlı 27 alternativ qeydiyyat mərkəzi yaradılıb

“Qəbələ”nin hücumçusu Türkiyədə əməliyyat olunub

Səməd Seyidov: Türk dünyası böyük bir fenomenə çevrilib

“Code For Future”nin məzunu olan AzMİU tələbələrinə diplom və sertifikatlar verilib

Bakıda dünya qastroenteroloqlarının iyirminci beynəlxalq konqresi işə başlayıb - YENİLƏNİB

Mehmet Süreyya Er: Türk dünyasında sürətlə inkişaf edən əməkdaşlıq zamanın tələbidir

“Yüksəliş” müsabiqəsinin “Ümumi biliklər imtahanı”nın nəticələri açıqlanıb

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar YENİLƏNƏCƏK

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ikinci iclası Türkiyədə keçiriləcək

Yaylaqlara köç edəcək fermerlər üçün mina təhlükəsizliyi ilə bağlı təlimlər başa çatıb

Vergi orqanlarına vətəndaş müraciətlərinin sayı azalıb

Qırğız parlamentarisi: Türk dövlətləri arasında əlaqələr intensivləşir

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər YENİLƏNƏCƏK

İİTKM-də türk dünyasının iqtisadi potensialının araşdırılması barədə özbək nümayəndə heyəti məlumatlandırılıb

Bolqarıstan parlamenti spikeri istefaya göndərib

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar YENİLƏNƏCƏK

Nazir: Bu ildən Azərbaycan qazının Macarıstana tam təchizatına başlanılıb

Azərbaycan üzgüçüsünün “Paris-2024”də iştirakı üçün Beynəlxalq Paralimpiya Komitəsinə müraciət olunub - EKSKLÜZİV

AQTA COP29-la bağlı keçirdiyi monitorinqdə 93 müəssisədə nöqsanlar aşkarlayıb

Yasemi Öztürk: Ölkələrimiz arasında əlaqələr Qarabağ Zəfərindən sonra daha dinamik xarakter alıb

Məktəblilər süni intellektin coğrafiyada rolu barədə məlumatlandırılıb

Macarıstan XİN: Qarabağın minalardan təmizlənməsi üçün dəstək verməyə hazırıq

Sabah paytaxtda 29, bəzi bölgələrdə isə 31 dərəcə isti olacaq

Dilorom Favziyeva: Bakıda toplanmağımız birliyimizin, dostluğumuzun bariz nümunəsidir

Bürünc medalçı: Növbəti mövsüm də yüksək yerlər uğrunda mübarizə aparacağıq

“Olum və ya olum?”, Cakomo Kazanova Azərbaycanda

Roma Papası Ukrayna ilə bağlı danışıqlara başlamağa çağırıb

Müasir dünyada iqtisadi münasibətlərin hüquq müstəvisində tənzimlənməsi əhəmiyyətli xarakter daşıyır

İqlim dəyişmələri ilə bağlı beynəlxalq mübahisələrin sayı getdikcə artacaq

Sabunçuda qızıl dükanını talayan və çətənə kolları əkən şəxslər saxlanılıblar

Komitə sədri: Azərbaycanın əsas prioritetlərindən biri Türk dövlətləri ilə əlaqələrin gücləndirilməsidir

Azərbaycanın turizm potensialı İordaniyada təqdim olunub

Bu gün dünyada dörd əlamətdar gün qeyd olunur

Baş Prokurorluq Nəsib Quliyevin intiharı ilə bağlı dəqiqləşdirilməmiş xəbərlər yayan media subyektlərinə müraciət edib

Fuat Oktay: Türk dövlətlərinin bir araya gəlməsində məqsəd sülhü dəstəkləməkdir

Hindistanın Racastan ştatında PUA qəzası baş verib

Vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib

Çin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesindəki tərəqqini alqışlayır

Şərqşünas alimin məqaləsi Almaniyada beynəlxalq indeksli jurnalda dərc olunub

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNƏCƏK

Adəm İsmayıl Bakuvinin “Məhşər Divanı: Yalanın 17 anı” kitabının təqdimatı olub

Aprelin 25-i Ümumdünya Malyariya ilə Mübarizə Günüdür

Bloomberg: Makron Ukrayna münaqişəsinin gedişinə təsirini şişirdir

Akrobatika gimnastikası üzrə ölkə birinciliyi və Bakı çempionatı start götürüb

Bakıdakı üç məktəbdə nöqsanlar aşkarlanıb

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilir