MƏDƏNİYYƏT


Bakı Musiqi Akademiyasında “Onegin” tamaşası nümayiş olunacaq

Bakı, 4 oktyabr, AZƏRTAC

Dekabrın 19-da Bakı Musiqi Akademiyasının Opera Studiyasının konsert zalında rus yazıçısı Aleksandr Sergeyeviç Puşkinin “Yevgeni Onegin” əsəri əsasında hazırlanmış “Onegin” tamaşası nümayiş olunacaq.

AZƏRTAC xəbər verir ki, tamaşanın yaradıcıları Puşkin poeziyasını rəqs poetikası ilə birləşdirib. Aktyorlar tamaşaçıları “Onegin” hekayəsi vasitəsilə fərqli aləmə aparacaq.

Qeyd edək ki, unikal xoreoqrafiya, parlaq aktyor oyunu, müasir caz kompozisiyaları və Puşkinin əbədiyaşar şeirlərinin musiqisi - bütün bunlar pərdə bağlanandan sonra da tamaşaçıların yaddaşında tamaşanın özünəməxsus ab-havasını yaradır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.