MƏDƏNİYYƏT
Bakı Musiqi Akademiyasında elmi seminar təşkil edilib
Bakı, 25 aprel, AZƏRTAC
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) kamança ifaçısı, Əməkdar incəsənət xadimi, professor Arif Əsədullayevin 70 illik yubileyi çərçivəsində “Milli musiqi dəyərlərimizi qorumaq günün tələbidir” adlı elmi seminar keçirilib.
BMA-dan AZƏRTAC-a bildirilib ki, seminarda akademiyanın elmi tədqiqat laboratoriyasının müdiri Nuridə İsmayılzadə, prorektoru, professor Nərminə Quliyevaya çıxış edərək yubilyarı təbrik edib, yaradıcılığı ilə yanaşı, pedaqoji fəaliyyətindən danışıblar.
Tədbirdə Xalq artistləri, tarzənlər Ramiz Quliyev və Vamiq Məmmədəliyev, laboratoriyanın əməkdaşları Zeynal İsayev, Ariz Abduləliyev yubilyarla bağlı səmimi fikirlər səsləndirib, ona yeni yaradıcılıq işində uğurlar arzulayıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.06.2023 [11:42]
Azərbaycan bəstəkarının dərsliyi Almaniyada nəşr olunub
- 19.06.2023 [07:12]
Azərbaycanlı vokalçı beynəlxalq müsabiqədə çıxış edəcək
- 03.04.2023 [15:26]
“Şuşanın tanınmış soyları”: Mirzə Sadıqcan
- 03.04.2023 [15:14]
Filarmoniyada Abonement konsertlər təşkil edilib
- 30.03.2023 [15:25]
Qara Qarayevin 105 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib
- 30.03.2023 [14:57]