MƏDƏNİYYƏT


Bakı Musiqi Akademiyasında növbəti onlayn seminar təşkil olunub

Bakı, 22 may, AZƏRTAC

Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: Orqanologiya və Akustika” elmi-tədqiqat laboratoriyasında növbəti onlayn seminar təşkil edilib.

BMA-dan AZƏRTAC-a bildirilib ki, seminar akademiyanın aparıcı elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Rüqiyyə Süleymanovanın rəhbərliyi ilə reallaşıb.

Seminarda məruzə ilə çıxış edən R.Süleymanova Xalq artisti Amaliya Pənahovanın 1964-cü ildən ömrünün sonunadək 500-dən çox komik, faciəvi, dramatik teatr və kino sahəsində yaratdığı obrazlar haqda çox dolğun və ətraflı məlumat verib.

Bildirilib ki, televiziya və teatr tamaşalarında əsas rollarda çıxış edən unudulmaz sənətkar, özünün rəngarəng oyun üslubu ilə Azərbaycan səhnəsi üçün çox böyük tapıntı idi.

Seminarda BMA-nın elm və yaradıcılıq işləri üzrə prorektoru, professor Gülnaz Abdullazadə, elmi-tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə, laboratoriyanın əməkdaşları iştirak ediblər.

Seminar çərçivəsində maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.