MƏDƏNİYYƏT
Bakı Musiqi Akademiyasında tələbələrin konserti maraqla qarşılanıb
Bakı, 10 may, AZƏRTAC
Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) Xalq artistləri Fidan və Xuraman Qasımovaların sinfində təhsil alan tələbələr konsert proqramı ilə çıxış ediblər.
BMA-dan AZƏRTAC-a bildirilib ki, konsertdə tələbələr tərəfindən “Sehrli fleyta” operasından Paminanın ariyası, “Mənim cazibədar ledim” müziklından “Mən rəqs etmək istəyirəm” ariyettası, “Fiqaronun toyu” operasından Fiqaronun, Kontessanın və Kerubinanın ariyası, “Ölkəm” romansı, “Porgi və Bess” operasından Klaranın laylası -“Summer time”, Falvo - “Qızlar, söyləyin, “Qızlar tələsin”, “Somnambul” operasından Aminanın ariyası, “Şelburq çətiri” kinofilmindən duet, “Don Paskuale” operasından Norinanın ariyası və digər musiqi nömrələri yüksək peşəkarlıqla ifa olunub. İfaçılar M.Maqomayevin “Odlar yurdu” musiqi parçasını ifa etməklə konsertə yekun vurub.
Qeyd edək ki, maraqla qarşılanan konsertdə ifaçıları, pianoda kafedranın baş müəllimləri Rəna Ağayeva və Nigar Məlikova müşayiət ediblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.06.2023 [11:42]
Azərbaycan bəstəkarının dərsliyi Almaniyada nəşr olunub
- 19.06.2023 [07:12]
Azərbaycanlı vokalçı beynəlxalq müsabiqədə çıxış edəcək
- 03.04.2023 [15:26]
“Şuşanın tanınmış soyları”: Mirzə Sadıqcan
- 03.04.2023 [15:14]
Filarmoniyada Abonement konsertlər təşkil edilib
- 30.03.2023 [15:25]
Qara Qarayevin 105 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib
- 30.03.2023 [14:57]