MƏDƏNİYYƏT


Bakı Musiqi Akademiyasının magistrləri konsert verib

Bakı, 10 dekabr, AZƏRTAC

Georgi Şaroyev adına 35 nömrəli 11 illik musiqi məktəbində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) “Solo oxuma və opera hazırlığı” kafedrasının II kurs magistr tələbələrinin konserti keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbiri dosent, sənətşünaslıq üzrə fəlsəfə doktoru Nərgiz Hüseynova açaraq konsert barədə məlumat verib, tələbələri tamaşaçılara təqdim edib.

Daha sonra tədbir konsert proqramı ilə davam edib. Konsertdə tələbələr G.Hendelin “Yustinian” operasından Ariadnanın ariyası, T.Quliyevin “Lirik mahnı”, C.Puççininin “Bohema” operasından Müzettanın valsı, D.Volfun “İris” və Niyazinin “Arzu” romansı əsərlərini məharətlə ifa ediblər.

Sonda G.Şaroyev adına 35 nömrəli 11 illik musiqi məktəbinin direktor müavini Sədaqət İsmayılova maraqlı tədbir üçün BMA-nın rəhbərliyinə, müəllim və tələbə heyətinə təşəkkürünü bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.