MƏDƏNİYYƏT


Bakı Musiqi Akademiyasının professoru beynəlxalq konfransda məruzə ilə çıxış edib

Bakı, 26 aprel, AZƏRTAC

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) “Azərbaycan ənənəvi musiqisi və müasir texnologiyalar” kafedrasının professoru, fəlsəfə elmləri doktoru Mina xanım Hacıyeva Başkir Dövlət Universitetində “Müasir insanın varlığının etnotarixi, hüquqi və mədəni-linqvistik əsasları” adlı beynəlxalq elmi və praktik konfransda çıxış edib.

BMA-dan AZƏRTAC-a bildirilib ki, etnosların, müasir insanın və cəmiyyətin mənəvi, fəlsəfi, siyasi-hüquqi, dil inkişafının aktual məsələlərinin hərtərəfli öyrənilməsinə həsr edilən konfransda müxtəlif ölkələrdən (Rusiya, Moldova, Vyetnam, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Azərbaycan) olan alimlərin məruzələri dinlənilib.

Beynəlxalq konfransda M.Hacıyevanın məruzəsi “Azərbaycan mədəniyyətinin inkişafı” mövzusuna həsr olunub. O, məruzəsində Azərbaycanın qədim tarixi, orta əsr alimləri, şair-filosofları və XX-XXI əsr bəstəkarlarının əsərləri, İkinci Qarabağ müharibəsi haqqında məlumat verib. Professor Mina Hacıyevanın rəhbərliyi altında Tarix-nəzəriyyə fakültəsinin 4-cü kurs tələbəsi Gülər Babayeva "Azərbaycanda xanəndəlik sənətinin inkişafı" adlı mövzu ilə konfransda çıxış edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.