MƏDƏNİYYƏT
Bakı Musiqi Akademiyasının tələbələri tərəfindən konsert proqramı təqdim olunub
Bakı, 22 may, AZƏRTAC
Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə konsert proqramı təqdim olunub.
BMA-dan AZƏRTAC-a bildirilib ki, konsert akademiyanın nəzdində fəaliyyət göstərən tələbə simfonik orkestrinin müşayiəti ilə reallaşıb.
Xalq Artisti, professor Yeganə Axundova və akademiyanın professoru Nəzmiyyə Abbaszadənin təşkilatçılığı və rəhbərliyi ilə gerçəkləşən konsertdən öncə BMA-nın rektoru, Xalq Artisti, professor Fərhad Bədəlbəyli Cümhuriyyətin tarixindən, onun keçdiyi çətin mübarizə yolundan söz açıb.
Konsertdə tələbələr tərəfindən Ü.Hacıbəylinin “Koroğlu” operasından “Uvertüra”, Niyazinin “Arzu”, S.Hacıbəylinin “Karvan”, Fikrət Əmirovun “Azərbaycan kapriççiosu” və M. Maqomayevin “Azərbaycan” əsərləri səsləndirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.06.2023 [11:42]
Azərbaycan bəstəkarının dərsliyi Almaniyada nəşr olunub
- 19.06.2023 [07:12]
Azərbaycanlı vokalçı beynəlxalq müsabiqədə çıxış edəcək
- 03.04.2023 [15:26]
“Şuşanın tanınmış soyları”: Mirzə Sadıqcan
- 03.04.2023 [15:14]
Filarmoniyada Abonement konsertlər təşkil edilib
- 30.03.2023 [15:25]
Qara Qarayevin 105 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib
- 30.03.2023 [14:57]