İQTİSADİYYAT


Bakı Nəqliyyat Agentliyi: 5 müntəzəm marşrut xətti müsabiqəyə çıxarılır

Bakı Nəqliyyat Agentliyi: 5 müntəzəm marşrut xətti müsabiqəyə çıxarılır

Bakı, 28 noyabr, AZƏRTAC

Müntəzəm sərnişin daşımalarında əhalinin tələbatının ödənilməsi, sərnişinlərə keyfiyyətli xidmət göstərilməsinin təmin edilməsi, sağlam rəqabət mühitinin formalaşdırılması və bu sahədə dövlət tənzimlənməsinin təkmilləşdirilməsi məqsədilə tədbirlər davam etdirilir. Bu çərçivədə 5 müntəzəm marşrut xətti ilə bağlı müsabiqə elan olunur.

Bakı Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, daxil olan vətəndaş müraciətləri əsasında 15, 147, 185, 186 və 213 nömrəli müntəzəm marşrut xətləri üzrə təhlillər aparılıb. Sərnişindaşımaların vəziyyəti qənaətbəxş hesab edilmədiyindən müsabiqəyə çıxarılıb.

Müsabiqə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi qaydasına” uyğun keçiriləcək.

Müsabiqədə iştirak etmək istəyənlər Bakı Nəqliyyat Agentliyinə müraciət edə bilər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.