İQTİSADİYYAT


Bakı Nəqliyyat Agentliyi: İşində fasilə yaranan işıqforların fəaliyyəti bərpa olunub

Bakı, 27 fevral, AZƏRTAC

Nizami və Xətai rayonlarının ərazisindəki 20-dək yol kəsişməsində fasilə yaranan işıqforların fəaliyyəti bərpa edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

Qeyd edək ki, günorta saatlarında Bakının Suraxanı və Nizami rayonlarının bəzi ərazilərini əhatə edən yüksəkgərginlikli xətdə baş vermiş qəza nəticəsində elektrik enerjisinin verilişində fasilə yaranmışdı. Bununla əlaqədar bəzi ərazilərdəki yol kəsişmələrində işıqforların fəaliyyəti dayanmışdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.