İQTİSADİYYAT


Bakı Nəqliyyat Agentliyi: Paytaxt yollarında bütün işıqforların fəaliyyəti bərpa edilib

Bakı, 3 iyul, Elvin Camalov, AZƏRTAC

İyulun 2-dən 3-nə keçən gecə Mingəçevir İstilik Elektrik Stansiyasının (İES) yarımstansiyasında baş vermiş qəza ilə əlaqədar gecə saatlarından həyata keçirilən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində paytaxt yollarında bütün işıqforların fəaliyyəti bərpa edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Yarana biləcək hər hansı bir texniki nasazlığın dərhal aradan qaldırılması məqsədilə Bakı Nəqliyyat Agentliyinin şəhər ərazisində texniki personaldan ibarət mobil qrupları fəaliyyət göstərir.

Qeyd edək ki, hazırda şəhər yollarında nəqliyyat vasitələrinin hərəkətində hər hansı bir çətinlik müşahidə olunmur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.