İQTİSADİYYAT


Bakı Nəqliyyat Agentliyi Qurban bayramı günlərində xüsusi rejimdə fəaliyyət göstərir

Bakı, 11 avqust, АZƏRTAC

Qurban bayramı günlərində şəhər yollarında nəqliyyat vasitələrinin, o cümlədən müntəzəm marşrut xətti üzrə avtobusların normal fəaliyyətini tənzimləmək məqsədilə Bakı Nəqliyyat Agentliyi xüsusi rejimdə fəaliyyət göstərir.

Agentlikdən AZƏRTAC-a bildirilib ki, marşrut avtobuslarının daha çox keçdiyi dayanacaq məntəqələri, metro stansiyalarının ətrafı, şəhərin giriş-çıxış nöqtələrinə nəzarət gücləndirilib.

Görülən tədbirlər sayəsində əvvəllər xaotik vəziyyətin müşahidə olunduğu metronun “Gənclik”, “20 Yanvar” stansiyalarının ətrafındakı, Şamaxinka adlanan ərazidə və Lökbatan dairəsi yaxınlığındakı avtobus dayanacaq məntəqələri taksi minik avtomobillərindən təmizlənib.

Nəticədə qeyd edilən ərazilərdən keçən müntəzəm marşrut avtobuslarının intervalındakı gecikmələr əhəmiyyətli dərəcədə azalıb, sərnişinlərin avtobuslardan rahat və təhlükəsiz istifadəsi təmin edilib.

Agentlik bir daha hərəkət iştirakçılarına diqqətli olmağı, yol hərəkəti qaydalarına riayət etməyi və bir-birinə qarşı anlayışlı olmağı tövsiyə edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.