İQTİSADİYYAT
Bakı Nəqliyyat Agentliyi “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkasına dəstək olub
Bakı, 3 yanvar, Elvin Camalov, AZƏRTAC
Bakı Nəqliyyat Agentliyi “Nargis” fondu tərəfindən təşkil olunan “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkasına dəstək olub.
Bakı Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, agentliyin tabeliyində fəaliyyət göstərən “BakuBus” MMC-yə məxsus avtobuslarla dekabr ayı ərzində həftənin cümə və şənbə günləri Bakının müxtəlif uşaq evləri və internat məktəblərindən olan uşaqlarla onların müəllimlərinin xeyriyyə yarmarkasına gətirilməsi, eləcə də tədbir başa çatandan sonra müəssisəyə qaytarılması həyata keçirilib.
Qeyd edək ki, artıq 3-cü ildir uşaq evləri və internat məktəblərindən olan uşaqlarla onların müəllimlərinin “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkasına gətirilib-aparılması üçün “BakuBus” MMC-yə məxsus avtobuslardan istifadə olunur.