İQTİSADİYYAT
Bakı Nəqliyyat Agentliyi hərəkət iştirakçılarına müraciət edib
Bakı, 4 may, AZƏRTAC
Bakı Nəqliyyat Agentliyi (BNA) hərəkət iştirakçılarına müraciət edib.
AZƏRTAC xəbər verir ki, müraciətdə deyilir: “Mayın 5-də proqnozlaşdırılan güclü küləkli hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarını diqqətli və ehtiyatlı olmağa çağırırıq. Sərnişinlərdən xahiş edirik ki, dayanacaq pavilyonlarında avtobus gözləyərkən diqqətli olsunlar. Həmçinin Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində və digər yerlərdə yolun hərəkət hissələrinə çıxmamalı, yalnız müəyyən edilmiş dayanacaq məntəqələrində avtobuslara minib-düşməli, yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələri tövsiyə edilir. Sürücülərə isə tövsiyə edirik ki, hərəkətdə olarkən yollarda müəyyən olunan sürət həddinə və yol nişanlarının tələblərinə riayət edilsin”.