İQTİSADİYYAT


Bakı Nəqliyyat Agentliyi məktəblilər üçün maarifləndirmə tədbiri təşkil edib

Bakı, 9 yanvar, AZƏRTAC

Bakı şəhəri Suraxanı rayonu 279 saylı orta məktəbdə yol hərəkəti və ictimai nəqliyyatda davranış qaydaları ilə bağlı maarifləndirmə tədbiri keçirilib.

Bakı Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, agentliyin təşkilatçılığı ilə keçirilən tədbirdə Sürücü Təlim Mərkəzinin təlimçisi şagirdlərə yol hərəkəti və ictimai nəqliyyatda etik davranış qaydalarına əməl edilməsi ilə bağlı faydalı məlumatlar verib. Bu qaydalara əməl edilməsinin həm şəxsi təhlükəsizlikləri, həm də bir şəxsiyyət olaraq formalaşmaları baxımından əhəmiyyətli olması şagirdlərin diqqətinə çatdırılıb. Şagirdlərin marağını artırmaq üçün təlimlər interaktiv keçirilib, viktorinalar təşkil edilib. Eyni zamanda, məktəblilərə Bakı Nəqliyyat Agentliyinin azyaşlılar üçün hazırladığı “İctimai Nəqliyyatda Davranış Qaydaları” adlı şəkilli izahat kitabçaları təqdim olunub. Xüsusi aktivliyi ilə seçilən şagirdlər isə hədiyyələrlə mükafatlandırılıb.

Qeyd edək ki, paytaxtın orta məktəblərində aşağı sinif şagirdlərinin xüsusi təlimlərə cəlb edilməsi prosesi davam etdiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.