İQTİSADİYYAT


Bakı Nəqliyyat Agentliyi qaydalara əməl etməyən daşıyıcılara qarşı tədbirləri davam etdirir

Bakı, 6 avqust, AZƏRTAC

Müntəzəm marşrutlar üzrə avtobusların sərnişin tələbatına uyğun tənzimlənməsi barədə verilən tapşırıqların icrasına nəzarət məqsədilə “Xaliq Faiqoğlu” MMC, “Çinar Trans” MMC, “Ayşən LTD” MMC, “Azlənd Plaza” MMC, “GrandBus” MMC, “Fidan” MMC“ və General Auto Company” firmasının istehsalat bazalarına baxış keçirilib.

Bakı Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, baxış zamanı saz vəziyyətdə olan avtobusların saxlanılaraq xətlərə buraxılmaması halları müşahidə edilib. Adı çəkilən daşıyıcılar müvəqqəti istismarlarında olan bəzi marşrutlar üzrə müəyyən olunan saydan az avtobus çıxararaq süni sərnişin sıxlığının yaranmasına səbəb olublar.

Mövcud pandemiya şəraitində karantin rejimi qaydalarının pozulması ilə nəticələnən hərəkətlərə yol verən həmin daşıyıcılar barəsində qanunvericiliyə uyğun tədbirlər görülür. Toplanan materiallar araşdırılması üçün hüquq-mühafizə orqanlarına təqdim olunacaq.

Bildirilib ki, nəzarət tədbirləri davamlı olaraq aparılacaq, xüsusilə mövcud pandemiya şəraitində vətəndaşlara keyfiyyətli və təhlükəsiz sərnişindaşıma xidmətlərinin göstərilməsini təmin etməyən daşıyıcılara qarşı qanunvericiliyə uyğun ən sərt tədbirlər görüləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.