İQTİSADİYYAT


Bakı Nəqliyyat Agentliyi yarım ildə 78 ünvanda avtobus dayanacaq məntəqəsi təşkil edib

Bakı, 30 iyul, AZƏRTAC

Sərnişindaşıma infrastrukturunun təkmilləşdirilməsi işləri davam etdirilir.

Bakı Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, bu ilin 6 ayında 78 ünvanda avtobus dayanacaq məntəqəsi təşkil olunub. 51 ünvanda isə dayanacaq pavilyonu quraşdırılıb ki, bunlardan da 36-sı yeni müasir tipli pavilyondur. İşlərin böyük bir qismi şəhər mərkəzindən kənarda görülüb. Bununla yanaşı Suraxanı, Sabunçu, Xəzər və Qaradağ rayonlarının ərazisində 14 ünvanda yeni dayanacaq məntəqəsinin inşası üçün zəruri işlər görülüb.

Qeyd olunan işlər daxil olan vətəndaş müraciətləri nəzərə alınmaqla, mütəxəssislər tərəfindən aparılan təhlillərin nəticələrinə uyğun olaraq həyata keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.