İQTİSADİYYAT


Bakı Nəqliyyat Agentliyi yeni yol infrastrukturu ilə bağlı videotəlimat hazırlayıb

Bakı, 21 avqust, Elvin Camalov, AZƏRTAC

Bakı Nəqliyyat Agentliyi yeni yol infrastrukturu ilə bağlı videotəlimat hazırlayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə agentliyin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev deyib.

O bildirib ki, təlimat Nəriman Nərimanov prospekti və Abdulla Şaiq küçəsini əhatə edir. Burada quraşdırılan panduslar, piyada keçidləri, sensorlu işıqforlar, sayrışan işıqlı işıqforlar, piyadalar üçün xəbərdarlıq yazıları, xəbərdarlıq lövhəsi, avtobus cibi barədə məlumat verilib, istifadə qaydaları göstərilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.