İQTİSADİYYAT


Bakı Nəqliyyat Agentliyinin əməkdaşları treninqlərə cəlb edilib

Bakı, 23 yanvar, AZƏRTAC

Bakı Nəqliyyat Agentliyinin (BNA) əməkdaşları treninqlərə cəlb olunub.

Agentlikdən AZƏRTAC-a bildirilib ki, BNA-nın fəaliyyət istiqamətlərinə uyğun olaraq, qarşıya qoyulan vəzifələrin yüksək səviyyədə icrası peşəkar kadrlardan ibarət əmək kollektivi tərəfindən həyata keçirilir. 85 faiz gənc kadrların təşkil etdiyi kollektivin peşəkarlıq səviyyəsinin artırılması Bakı Nəqliyyat Agentliyinin prioritetlərindəndir. Bu məqsədlə, ötən ilin oktyabr-dekabr aylarında BNA-nın əməkdaşları “GEMMS Group” ilə birgə təşkil olunmuş treninqlərə cəlb edilib. Treninqlərdə əməkdaşlara, bilik və bacarıqlarının daha da inkişaf etdirilməsi, onlara beynəlxalq idarəçilik təcrübələrinin aşılanması, peşəkar istiqamətdə inkişafa nail olmaları ilə bağlı təlimatlar verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.