CƏMİYYƏT


Bakı Nəqliyyat Agentliyinin kollektivi könüllü qanvermə aksiyasında iştirak edib

Bakı, 15 aprel, AZƏRTAC

Heydər Əliyev Fondunun çağırışına və təşəbbüsünə qoşularaq Bakı Nəqliyyat Agentliyinin kollektivi könüllü qanvermə aksiyasında iştirak edib.

Agentlikdən AZƏRTAC-a bildirilib ki, qanvermə aksiyası həm qan xəstəliklərindən əziyyət çəkən uşaqlara yardım etmək, həm də cəmiyyətin diqqətini bu sosial məsələyə cəlb etmək məqsədi daşıyıb.

Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda təşkil olunan aksiyada agentliyin mərkəzi aparatının və tabeli qurumların əməkdaşları iştirak ediblər.

Qeyd edək ki, sosial məsuliyyət layihələri çərçivəsində Bakı Nəqliyyat Agentliyinin kollektivi belə xeyirxah aksiyaları dəstəkləməyə davam edəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.