İQTİSADİYYAT


Bakı Nəqliyyat Agentliyinin nümayəndə heyəti İstanbul təcrübəsini öyrənir

İstanbul, 6 dekabr, AZƏRTAC

Bakı Nəqliyyat Agentliyinin (BNA) nümayəndə heyəti sərnişindaşıma sahəsinin öyrənilməsi və təcrübə mübadiləsi məqsədilə İstanbulda səfərdədir.

AZƏRTAC xəbər verir ki, səfərin məqsədi Bakıda yaradılacaq vahid dispetçer xidmətinin formalaşdırılması üçün qardaş Türkiyənin təcrübəsini öyrənməkdir.

Azərbaycanın nümayəndə heyəti səfər çərçivəsində İstanbul Bələdiyyəsinin tabeliyindəki İstanbul Elektrik Tramvay Tunel İdarəetmə Mərkəzinin və bu qurumun nəzdindəki “Metrobüs” Xidmətinin rəhbərləri ilə görüşlər keçirib.

Görüşlərdə ictimai nəqliyyat sisteminin idarə olunmasına dair məsələlər müzakirə edilib.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.