RƏSMİ XRONİKA


Bakı Olimpiya Stadionunda Avropa çempionatının final mərhələsinin Türkiyə-Uels matçı keçirilib 
Azərbaycan və Türkiyə prezidentləri oyuna baxıblar YENİLƏNİB VİDEO

Bakı, 16 iyun, AZƏRTAC

“Avro-2020”nin A qrupunda yer alan Türkiyə milli komandası iyunun 16-da Bakı Olimpiya Stadionunda Uels yığması ilə qarşılaşıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva, ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan oyuna baxıblar.

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Avropa Futbol Federasiyaları Assosiasiyasının (UEFA) prezidenti Aleksander Çeferin ilə görüşüblər.

Oyun başa çatandan sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Prezident Rəcəb Tayyib Ərdoğanı və xanımı Əminə Ərdoğanı yola saldılar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin