İDMAN


Bakı Olimpiya Stadionunun loqosu əmtəə nişanı olaraq qeydiyyatdan keçib

Bakı, 3 iyun, AZƏRTAC

Bakı Olimpiya Stadionunun (BOS) Azərbaycan və ingilis dilində olan loqosu artıq əmtəə nişanı (Trade Mark) olaraq qeydiyyatdan keçib.

AZƏRTAC BOS-un saytına istinadla xəbər verir ki, qeydiyyatdan keçmiş əmtəə nişanı məhsulun yüksək keyfiyyətinə qarantiya verir. Bu da istehlakçıların məhsula inamını artırmaqla onu saxta məhsuldan ayırmaqda vacib rol oynayır. Nişanın tanınması, məşhurluğu sahibinə bazarda daha çox gəlir əldə etməsinə kömək edir. Nişan sahibi lisenziya müqaviləsi ilə müxtəlif şəxslərə nişandan istifadəyə icazə verməklə öz iqtisadi durumunu yüksəldə bilir.

Bakı Olimpiya Stadionunun loqosunun əmtəə nişanı kimi qeydiyyatdan keçirilməsi həm də beynəlxalq tədbirlərin təşkili zamanı UEFA-nın tələbidir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.