İDMAN


Bakı Olimpiya Stadionunun rəhbərliyi UEFA-nın seminarında iştirak edəcək

Bakı, 10 dekabr, AZƏRTAC

“Avro 2020”nin Bakıda keçiriləcək oyunları ilə əlaqədar fəaliyyət göstərən Əməliyyat Qrupunun üzvləri İsveçrənin Nyon şəhərində yerləşən UEFA-nın mənzil-qərargahında çempionata ev sahibliyi edəcək 12 şəhərin nümayəndələri üçün təşkil olunmuş seminarda iştirak edir.

AZƏRTAC AFFA-ya istinadla xəbər verir ki, Avropa çempionatının noyabrın 30-da Rumıniyanın paytaxtı Buxarestdə keçirilmiş püşkatma mərasimindən sonra hansı komandaların hansı şəhərlərdə çıxış edəcəyi müəyyənləşdiyi üçün seminarın məqsədi müxtəlif sahələr üzrə planların müzakirəsi və konkretləşdirilməsidir. Bundan əlavə, dekabrın 11-12-də UEFA-nın mənzil-qərargahında “Avro 2020”nin oyunlarının keçiriləcəyi 12 stadionun nümayəndələri üçün seminar təşkil olunacaq. Tədbirdə Bakı Olimpiya Stadionunun rəhbərliyi və Əməliyyat Qrupunun nümayəndələri iştirak edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.