İDMAN


Bakı Olimpiya stadionu tutumuna görə Avro-2020 təsnifatında MDB-də ikinci yerdədir

Moskva, 10 oktyabr, AZƏRTAC 

“TurStat” analitika portalı Avro-2020-də (futbol üzrə 2020-ci il Avropa çempionatı) iştirakçı yığmaların təsnifatında MDB-də ən böyük və tutumlu stadionlarının reytinqini tərtib edib.

AZƏRTAC xəbər verir ki, Bakı Olimpiya stadionu Avro-2020 iştirakçı yığmaların təsnifatında tutumuna görə idman obyektlərinin ilk üçlüyünə daxil olub .

Bu göstəricilər üzrə birinci yeri Moskvadakı “Lujniki” stadionu (81 min tamaşaçı yeri) tutur. 69 min tamaşaçı yeri olan Bakı Olimpiya stadionu ikinci yerdədir. Bundan başqa, Kiyev, Sankt-Peterburq, Tbilisi, Saransk və digər şəhərlərdəki stadionlar da ilk onluğa daxil edilib.

Reytinq stadionlarda tamaşaçı yerlərinin sayına görə tərtib edilib. Avro-2020-nin təsnifat matçlarının keçiriləcəyi MDB-nin 15 stadion arasında Lvovdakı “Arena Lvov”, Nur-Sultandakı “Astana Arena”, Minskdəki “Dinamo” Milli Olimpiya stadionu, Bakıdakı “Baksel Arena” və Kişineudakı “Zimbru” stadionları da var.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.