MƏDƏNİYYƏT


“Bakı Prosesi”nin 10-cu ildönümü münasibətilə sərgi açılacaq

Bakı, 18 may, AZƏRTAC

Xətai Sənət Mərkəzində “21 may- dialoq və inkişaf naminə ümumdünya mədəni müxtəliflik günü” mövzusunda elan edilən rəsm müsabiqəsinin yekun sərgisi açılacaq.

Mərkəzin direktoru Zahid Əvəzov AZƏRTAC-a bildirib ki, Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, “Mədəniyyət” qəzeti və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə reallaşan müsabiqə Prezident İlham Əliyevin “Bakı Prosesi”nin 10-cu ildönümünün qeyd edilməsi haqqında” Sərəncamına əsasən təşkil olunub.

Qeyd edək ki, 18-29 yaşlı rəssamların qatıldığı müsabiqə respublikada mövcud mədəni müxtəlifliyin və etnik-dini dözümlülük mühitinin təbliği, çoxmillətli və çoxkonfessiyalı ölkəni dünyada sivilizasiyalararası dialoqun məkanı kimi tanıtmaq, habelə ölkəmizin mədəniyyətlər arasında dialoq və əməkdaşlığa, mədəni müxtəlifliyə dəstəyinin təşviqi, istedadlı gənclərin üzə çıxarılması məqsədi daşıyır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.