MƏDƏNİYYƏT


“Bakı Prosesi”nin 10 illiyinin qeyd olunması ilə bağlı Koventridə təqdimatlar keçirilib

Bakı, 21 fevral, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2008-ci ildə əsası qoyulmuş “Bakı Prosesi”nin cari ildə 10 illik yubileyi tamam olur. “Bakı Prosesi”nin 10 illiyinin qeyd olunması ilə bağlı ölkə başçısı tərəfindən imzalanan 17 noyabr 2017-ci il tarixli Sərəncama uyğun olaraq, il ərzində müxtəlif ölkələrdə və tərəfdaş beynəlxalq təşkilatların baş qərargahlarında təqdimatların keçirilməsi nəzərdə tutulur.

Bu məqsədlə Böyük Britaniyada səfərdə olan mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin səfəri çərçivəsində Koventri Universitetinin Qlobal Liderlər proqramı üzrə təhsil alan tələbələri üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü olan “Bakı Prosesi”nin təqdimatı keçirilib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, bu qlobal təşəbbüsün tarixinə və əhəmiyyətinə həsr olunan film nümayiş etdirildikdən sonra nazir Azərbaycan dövlətinin beynəlxalq səviyyədə mədəniyyətlərarası dialoq fəaliyyətləri, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumları, ölkəmizin multikultural mühiti, tariximiz və mədəniyyətimiz barədə geniş təqdimatla çıxış edib.

Daha sonra tələbələrin suallarını cavablandıran nazir gələcəkdə keçiriləcək tədbirlər haqqında məlumat verib.

Səfər çərçivəsində Ə.Qarayev Koventri Universitetinin vitse-kansleri və baş icraçısı Con Latamla görüşüb. Görüş zamanı universitetin Etimad, Sülh və Sosial Münasibətlər Mərkəzi ilə mədəniyyətlərarası dialoq sahəsində əməkdaşlığın davam etdirilməsi, hazırda Mərkəz tərəfindən “Bakı Prosesi” barədə xüsusi kitabın hazırlanacağını, habelə universitet ilə mədəniyyət, menecment sahələrində təhsil mübadiləsi və əməkdaşlığı barədə müzakirələr aparılıb. Həmin gün Etimad, Sülh və Sosial Münasibətlər Mərkəzinin əməkdaşları olan elmi tədqiqatçılar üçün də “Bakı Prosesi” barədə seminar keçirilib və gələcək perspektivlər barədə fikir mübadiləsi aparılıb. Mərkəzin rəhbəri professor Mayk Hardi Azərbaycan ilə mədəniyyətlərarası dialoq sahəsində birgə tədqiqat layihələrinin həyata keçirilməsinin planlaşdırıldığını qeyd edərək, gələcəkdə bu istiqamətdə əməkdaşlığın dərinləşməsində maraqlı olduqlarını bildirib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.