SİYASƏT


Bakı Qarnizonunda nizam-intizamın vəziyyəti təhlil edilib

Bakı, 5 oktyabr, AZƏRTAC 

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində 2019-cu ilin üçüncü rübündə Bakı Qarnizonunda döyüş hazırlığının və hərbi nizam-intizamın təhlilinə dair müşavirə keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə qarnizona daxil olan hərbi hissələrin komandirləri, xüsusi təyinatlı hərbi təhsil müəssisələrinin rəhbərləri və digər vəzifəli şəxslər iştirak ediblər.

Müşavirədə Müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev qarnizon ərazisində görülən işlər, əldə olunmuş uğurlar barədə çıxış edib və qarnizonda döyüş hazırlığının, hərbi nizam-intizamın yüksəldilməsi ilə əlaqədar müvafiq tapşırıqları vəzifəli şəxslərin diqqətinə çatdırıb.

Nazir müavini Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Soçidə keçirilən “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında çıxışı zamanı səsləndirdiyi “Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida” fikrinin Azərbaycan Ordusunda böyük ruh yüksəkliyi ilə qarşılandığını xüsusi vurğulayıb.

General-leytenant K.Vəliyev şəxsi heyətin nizam-intizamının möhkəmləndirilməsi, yanğın təhlükəsizliyinin və yanğına qarşı tədbirlərin yerinə yetirilməsinin təmin olunmasına nəzarətin gücləndirilməsi, eləcə də keçirilən praktiki dərs və təlimlər zamanı şəxsi heyətin təhlükəsizlik qaydalarına ciddi riayət etməsi, sürücü heyətin peşəkarlığının artırılması və yol hərəkəti qaydalarına əməl edilməsi barədə tapşırıqlar verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.