REGİONLAR
Bakı-Qazax magistral yolunda ölümlə nəticələnən qəza baş verib
Ağsu, 3 sentyabr, AZƏRTAC
Hacıqabul rayonunda ağır yol qəzası baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə bu gün gecə saat 2 radələrində Bakı-Qazax magistral yolunun rayonun Muğan kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, 23 yaşlı sürücü, Bərdə rayon sakini Rzayev Coşqun Malik oğlu “FORD” markalı yük maşını ilə həmin yolda hərəkətdə olarkən qarşıdan gələn yüklə dolu “KamAZ” markalı maşına çırpılıb. Nəticədə “FORD”da olan sərnişin, Bərdə rayon sakini 1991–ci il təvəllüdlü İbrahimov Qabil Akif oğlu hadisə yerində dünyasını dəyişib. “FORD”un sürücü isə müxtəlif növ ağır bədən xəsarətləri alaraq Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.04.2024 [18:48]
Naxçıvanda akademik Rəhim Rəhimovun 100 illik yubileyi qeyd edilib
- 18.04.2024 [18:48]
Hacıqabulda qatarın vurduğu qadın ölüb YENİLƏNİB
- 18.04.2024 [18:38]
Qərb bölgəsində Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub VİDEO
- 18.04.2024 [18:16]
Tarixi abidələrimiz keçmişimizdən gələcəyə bir körpüdür
- 18.04.2024 [17:19]
Lənkəranda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib
- 18.04.2024 [16:12]
Naxçıvanın su təchizatının yaxşılaşdırılması məqsədilə memorandum imzalanıb
- 18.04.2024 [15:56]