REGİONLAR
Bakı-Qazax magistralında qəza baş verib VİDEO
Kürdəmir, 23 oktyabr, AZƏRTAC
Oktyabrın 23-də gecə saat 4 radələrində Bakı-Qazax magistralının Kürdəmirin Karrar kəndindən keçən hissəsində yol qəzası baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Mercedes” markalı iritutumlu yük maşını Qazax istiqamətində hərəkətdə olarkən qarşıdan gələn “KamAZ” markalı yük maşınına çırpılıb. Nəticədə mişar daşı ilə dolu olan “KamAZ” yoldan çıxaraq aşıb və daşlar ətrafa səpələnib. Hadisə zamanı hər iki sürücü - Goranboy rayon sakini, 1977-ci il təvəllüdlü Sadıqov Elnur Fizuli oğlu və Bakı şəhəri Qala qəsəbəsinin sakini, 1981-ci il təvəllüdlü Əliyev Təhmasib Məhəmmədəli oğlu müxtəlif bədən xəsarətləri ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. Hər iki xəstəyə ilkin tibbi yardım göstərilib.
Qeyd edək ki, mişar daşlarının yola dağılması nəticəsində avtomobillərin gediş-gəlişində də çətinliklər yaranıb.
Faktla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [15:52]
Naxçıvandan Türkiyəyə ilk dəfə taxıl məhsulları ixrac olunub
- 24.04.2024 [15:31]
Xaçmazdakı aqroparklarda süd məhsuldarlığında rekord nəticə qeydə alınıb
- 24.04.2024 [15:01]
Naxçıvanda “BOOKFEST” kitab sərgisi keçiriləcək
- 24.04.2024 [13:52]
Gələn aydan Şuşada elektrik avtobuslar istifadəyə veriləcək
- 24.04.2024 [12:53]
Naxçıvanda ticarət obyektlərində saxta alkoqollu içkilər aşkarlanıb
- 23.04.2024 [17:45]